Azərbaycana Gürcüstandan maşın oğruları gəlib?

«Qonşu Gürcüstan Respublikasından ölkəmizə son ayda çoxlu sayda oğru və quldurlar gəlib. İnsanlar diqqətli olmalıdır». Avtosfer.az-ın baku.ws-ə istinadən məlumatına görə, bu barədə dünəndən başlayaraq sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, bu quldurların arasında peşəkar ev, maşın oğruları və hətta müxtəlif seyf kilidləri açan oğrular var. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirib ki, vətəndaşlar bu kimi əsası olmayan informasiyalara inanıb panikaya düşməməlidirlər: «Dövlətin hüquq-mühafizə orqanları istər dövlət sərhədlərində, istərsə də, ölkənin daxilində bütün kriminal duruma tam nəzarət edir. Ölkədə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Azərbaycan polisi zəruri əməliyyatlar keçirir. Belə əsası olmayan informasiyaları oxuyan vətəndaşların narahatlıq keçirməsinə ehtiyac yoxdur».
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












