Azərbaycanda ailə faciəsi: Oğul anasını səhvən güllələyib öldürdü - VİDEO
Gündəm
18 İyul 2020 17:18

Saatlıda oğul anasını güllələyərək öldürüb.
Baku TV xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kamallı kəndində qeydə alınıb.
Kənd sakini, 29 yaşlı Raciv Qənbərov ehtiyatsızlıqdan anası, 54 yaşlı Tavuz Qənbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib.
Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib. 54 yaşlı qadının meyiti Sabirabad morqunda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Hadisənin təfərrüatı hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.
Bildirilir ki, R.Qənbərov vəhşi heyvana güllə atmaq istəyib, bu zaman ehtiyatsızlıqdan yaxınlıqda olan anası gülləyə tuş gəlib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxunub : 3564
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 13:41
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
29 Sentyabr 2026 10:44
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
29 Sentyabr 2026 08:33
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 22:06
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
28 Sentyabr 2026 21:00
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
28 Sentyabr 2026 18:30
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
28 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 18:00
Quduzluqla mübarizə günü və sahibsiz itlər
28 Sentyabr 2026 17:17
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
28 Sentyabr 2026 13:18
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
28 Sentyabr 2026 11:30
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
28 Sentyabr 2026 11:00
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
ŞƏRH YAZ












