Azərbaycanda avtomobil benzini istehsalı artıb

Bu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,556 mlrd manat təşkil edib. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 0,8% çoxdur.
Hesabat dövründə 611,5 min ton həcmində avtomobil benzini, 1,119 mln ton dizel yanacağı, 12,8 min ton sürtkü yağları, 135,9 min ton neft bitumu, 111,4 min ton neft koksu istehsal edilib.
Avtomobil benzini istehsalı 0,7%, dizel yanacağı istehsalı 4,9%, sürtkü yağlarının istehsalı 33,3%, neft bitumunun istehsalı 38,7% artıb.
İlin I yarısında ölkədə 138,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 251,5 min ton ağ neft, 39,2 min ton yanacaq mazutu, 111,4 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 8,8%, ağ neftin istehsalı 16,3%, yanacaq mazutunun istehsalı 32,2%, neft koksunun istehsalı 8,2% azalıb.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












