Azərbaycanda avtomobil benzininin istehsalı artıb

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 041,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,1 faiz artıb.
Neft məhsullarından neft bitumunun istehsalı 61,2 faiz, sürtkü yağlarının istehsalı 61,1 faiz, yanacaq mazutunun istehsalı 13,6 faiz, dizel yanacağının istehsalı 7,4 faiz, avtomobil benzininin istehsalı 2,1 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5 faiz, ağ neftin istehsalı 5,1 faiz, neft koksunun istehsalı isə 6,0 faiz azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində isə 385,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,0 faiz artıb. (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












