Azərbaycanda bank şəhid hərbçilərin borclarını sildi

“Azərbaycan - Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun, həqiqətən, “Kapital Bank”a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq “Kapital Bank” tərəfindən silinib”.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
Onun sözlərinə görə, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib:
“Bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və “BirKart”larına borclarının olduğu üzə çıxıb.
Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da “Kapital Bank” tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












