Azərbaycanda benzin ucuzlaşacaq? - "Neftin qiyməti düşərsə..." -SOCAR-dan AÇIQLAMA

“Dünya bazarlarında yanacağın qiyməti daha da ucuzlaşarsa, ölkəmizə idxal olunan yanacağın qiymətində dəyişiklik oluna bilər”.
Avtosfer.az xəbər verir ki, bu barədə Cebhe.info-ya açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, benzinin qiyməti yalnız neft qiymətlərindən deyil, idxal edən zavodların imkanlarından da asılıdır:
“Benzinin qiyməti neft qiymətindən asılı olaraq dəyişir. Amma neftin qiymətinin benzinin qiymətinə hansı diapazonda təsir etməsinin dəqiq hesablaması hazırda yoxdur. Bu hər bir zavodun maya dəyərindən də asılıdır. Amma ümumilikdə neftin qiyməti daha da düşərsə, idxal olunan benzinin qiymətinin də azalacağı ehtimal olunur”.
Xatırladaq ki, martın 13-də neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar olaraq ölkəmizə idxal olunan “Euro-95” və “Super Euro-98” markalı benzinlərin qiyməti ucuzlaşıb.
Bu növ benzinlərin qiymətləri benzinin topdan satıcısı tərəfindən müəyyən edilir.
“Premium Euro-95” markalı benzinin 1 litri hazırda 1,2 manata (əvvəl 1,5 manat), “Super Euro-98” 1,4 manata (əvvəl 1,6 manat) satılır.
Beləliklə, “Premium Euro-95” benzini 20%, “Super Euro-98” isə 12,5% ucuzlaşıb.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










