Azərbaycanda bu il fermerlərə satılan kənd təsərrüfatı texnikasının sayı kəskin artıb

Bu ilin ilk yarısında Azərbaycanda fermerlərə satılan kənd təsərrüfatı texnikasının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 2 380-a çatıb.
Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən bildirib ki, bu il 100-dən artıq şirkət vasitəsilə 2 380 kənd təsərrüfatı texnikası fermerlərə satılıb: "Müqayisə üçün demək istəyirəm ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1 151 təşkil edirdi. Artıq damazlıq heyvanlar sahəsində də bu rəqəm bir neçə dəfə artıb. "Aqrolizinq" ASC-nin bazasında olan əvvəlki illərdə alınmış texnikalar da satışa çıxarılmışdır və 179 texnika "Aqrolizinq" vasitəsilə yəni 100 şirkətdən biri qismində iştirak edərək fermerlərimizə öz texnikalarını satıb".
Nazir onu da əlavə edib ki, bu il "Aqrolizinq"ə 28 mln. manat ayrılıb və 125 kombayn "Aqrolizinq" tərəfindən aqroservislər üçün alınıb. Bu kombaynlardan 25 ədədini Azərbaycanda, ümumiyyətlə, MDB məkanında ilk dəfə olaraq dağ kombaynları təşkil edib.
"Əvvəllər fermerlərimiz məhsul itkisindən, o cümlədən təhlükəsizlik qaydalarına əməl etmək baxımından əziyyət çəkirdilər. Dağ kombaynları fermerlərimizə məhsulu itkisiz, tam yığmağa imkan verib. Bu il, çıxışımda vurğuladığım kimi, fermerlərimiz, əsasən böyük fermerlərimizdə soyuducu anbarların, suvarma sistemlərinin qurulması və digər böyük kənd təsərrüfatı texnikası alınması üçün maraq var. Onlar, həmçinin böyük aqroparklar bu istiqamətlərdə Kənd Təsərrüfatı Nazirliyinə əlavə müraciətlər ediblər. Amma ümumilikdə, tam əminliklə deyə bilərik ki, bu il hazırda fermerlərimizin texnika baxımından problemi yoxdur", - deyə nazir bildirib.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










