Azərbaycanda cinayət törədən uşaqların sayı azalıb

Cinayət törətmiş uşaqların sayı ötən illərlə müqayisədə qismən azalıb. Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.
Qeyd olunub ki, məhkum olunmuş uşaqların əksəriyyəti oğurluq hərəkətləri törədiblər.
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası üzrə ən vacib məsələlərdən biri yetkinlik yaşına çatmayanların hüquqlarının ədalət mühakiməsi prosesində tam təmin edilməsidir. Bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi beynəlxalq normalara əsas etibarilə uyğun gəlir. Son illərdə həyata keçirilən məhkəmə-hüquq islahatları uşaqların da maraqlarına müsbət təsir göstərir. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 iyul tarixli 652 nömrəli Qərarı ilə ölkəmiz BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na qoşulmuş, milli qanunvericilik bu sənəddən irəli gələrək təkmilləşdirilib. ("Report")
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












