Azərbaycanda daha bir general-leytenant vəfat etdi

Azərbaycan Ordusuna ağır itki üz verib. Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.
F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.
1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.
2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










