Azərbaycanda daha bir kənd polis nəzarətinə götürüldü

İsmayıllı rayonunun Quşencə kəndində doqquz nəfər koronavirusa yoluxub. Onlardan səkkizi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicə alır. Bu barədə Avtosfer.az Azvision.az-a istinadən xəbər verir. Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib: “İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı.
Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb”.
Y.Şirəliyev qeyd edib ki, kənd hazırda həm həkimlər, həm də polislər tərəfindən nəzarət altındadır.
“Kənd əhalisinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunur. Obyektlər tez-tez dezinfeksiya edilir”.
Yerli sakinlər isə bildirirlər ki, hər iki qardaş koronavirusdan vəfat edib.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












