Azərbaycanda əhali bu ilin yeddi ayında 21 milyard manatdan çox pul xərcləyib

2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq, o cümlədən 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 7,5 faiz azalıb.
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2 faiz artıb.
Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2,0 dəfə cox olub.
2020-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 26,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 11,8 faiz, fərdi sahibkarlar üzrə 0,4 faiz artıb. Bazar və yarmarkalarda isə 15,4 faiz azalıb.
2020-ci ilin yanvar-iyul aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 306,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,3 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 164,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











