Azərbaycanda ət bahalaşacaq? - AÇIQLAMA + FOTO

Azərbaycana idxal olunan dondurulmuş mal əti əsasən Ukraynanın payına düşür. Ötən il idxal olunmuş 4 450 ton dondurulmuş mal ətinin 3 546 tonu və yaxud 79,7 %-i Ukraynadan gətirilib. Digər hissəsi - 14 %-i Hindistandan, 5 %-ə qədəri isə Braziliyadan tədarük olunub.
Bəs Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış vəziyyət Azərbaycanın dondurulmuş mal əti bazarına necə təsir edir?
Avtosfer.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva bildirib ki, ölkəyə idxal olunan mal ətinin 80 %-dən çoxu dondurulmuş formada gətirilir: “2021-ci ildə dondurulmuş mal ətinin idxal miqdarı 4 450 ton olub ki, bu da 2020-ci ilin göstəricisindən təqribən iki dəfə azdır. Dondurulmuş ət əsasən ölkənin turizm sektorunun, restoran, kafe şəbəkəsinin tələbatı üçün istifadə olunur. Ümumiyyətlə isə ölkədə ət məhsulları üzrə özünü təminetmə göstəriciləri 85 %-dən yuxarıdır.
Əsasən quş ətində idxaldan nisbətən asılılığımız var. Quş əti üzrə özünü təminetmə göstəricisi 79 % səviyyəsindədir. Mal əti üzrə isə bu göstərici 87-88 % təşkil edir”.
Yerli bazarda dondurulmuş ətin ticarəti ilə məşğul olan Əli Səfərov bildirib ki, müharibədən əvvəl dondurulmuş əti Ukraynadan gətirib. Daha sonra idxalda problemlər yaranıb:
“Hazırda dondurulmuş ət ticarəti ilə məşğul olmuruq. Biz dondurulmuş toyuq budunu da Ukraynadan gətirirdik. Yaranmış vəziyyətlə əlaqədar bazarda istər-istəməz qıtlıq yaranır və bununla bağlı qiymət qalxır. Hazırda biz təzə ətin satışı ilə məşğuluq. Müharibə bitəndən sonra yenidən Ukraynadan dondurulmuş ət gətirməyi planlaşdırırıq”.
"Veysəloğlu" Şirkətlər Qrupunun nümayəndəsi Pərviz Hüseynov da Rusiya-Ukrayna münaqişəsinin ölkəmizdə dondurulmuş ət məhsullarına təsirlərindən danışıb. Quş ətinə tələbatın Ukraynadan idxalla təmin olunduğunu deyən P. Hüseynov qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin bölgədə yaratdığı iqtisadi çətinliklər nəticəsində tələbin təklifi keçəcəyi, bunun da qiymətlərə təsiri gözləniləndir:
“Eyni zamanda heyvan qidasının əsasını Ukrayna və Rusiya təmin etdiyi üçün yemin və nəticə etibarilə quş ətinin qiymətində artımın olacağı qaçılmazdır. Logistikada problemlər də qiymət artımına təsir edən amillərdəndir. Eyni zamanda, ödəniş proseslərində müəyyən çətinliklərin yaranması ilə məhsul alışı əvvəlki qaydada həyata keçirilməyəcək. Çünki fabriklərin əksəriyyəti ödənişləri əvvəlcədən tələb edir və təbii ki, bugünkü vəziyyətdə Rusiya və Ukraynaya əvvəlcədən ödəniş riski edilməyəcək”.
Alternativ bazar olaraq Gürcüstan, Türkiyə və İranı qeyd edən şirkət nümayəndəsi bu ölkələrdən qeyd edilən məhsulların idxalı istiqamətində hazırda dövlət səviyyəsində müvafiq tədbirlərin görüldüyünü əlavə edib:
“Şirkətimiz tərəfindən bugünkü vəziyyətdə Belarus və Gürcüstandan tədarük üçün lazımi addımları atmışıq. Bununla bağlı fəaliyyətimiz davam edir və müştərilərimizin məhsulla kifayət qədər təminatı üçün şirkət olaraq daim axtarışdayıq”.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










