Azərbaycanda hansı vəhşi heyvan və quşlar ovlana bilər? - QAYDALAR

Ötən aydan etibarən Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üzrə ov mövsümü başlanıb. Ov üçün lisenziya əldə etmək istəyən Azərbaycan vətəndaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət ekoloji təhlükəsizlik xidmətinin regional idarələrinə müraciət etməlidir.
Respublika ərazisində 2020-2021-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddət və normaları aşağıdakı kimi təyin edilib:
Qaban (Çöl donuzu) 14 sentyabr 2020-ci ildən 21 dekabr 2020-ci ilə kimi ovlana bilər. Bir baş heyvan 3 nəfərdən ibarət qrupla ovlana bilər.
Dovşan 16 noyabr 2020-ci ildən 11 yanvar 2021-ci ilə kimi ovlana bilər. Bir nəfərə 2 baş heyvan düşür.
Bataqlıq qunduzu (nutriya) 05 oktyabr 2020-ci ildən 15 fevral 2021-ci ilə kimi ovlana bilər. Bunu nutriya təsərrüfatları olan təşkilatlar ovlaya bilərlər.
Cüllüt (ağquyruq çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 14 sentyabr 2020-ci ildən 23 noyabr 2020-ci ilə kimi ovlana bilər. Bir nəfərə 6 quş düşür.
Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) 12 oktyabr 2020-ci ildən 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 1 ədəd quş düşür.
Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 12 oktyabr 2020-ci ildən 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd ördək düşür.
Qaşqaldaq 12 oktyabr 2020-ci ildən, 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 6 quş düşür.
Alabaxta 1 sentyabr 2020-ci ildən 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 2 ədəd quş düşür.
Bildirçin 1 sentyabr 2020-ci ildən 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd bildirçin düşür.
Çöl göyərçini 1 sentyabr 2020-ci ildən, 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd çöl göyərçini düşür. (Trend)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











