Azərbaycanda hərbi xidmətə çağırış başladı

Məlum olduğu kimi koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin sağlamlığı ilə bağlı mümkün risklərə yol verilməməsi məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb. Bu barədə Avtosfer.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq 2002-ci ildə doğulmuş və 2020-ci il aprelin 30-dək 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2020-ci il mayın 31-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.
Azərbaycan Respublikasında 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən aprelin 22-də SMS vasitəsilə məlumatlandırılıblar. 1 may 2020-ci il tarixdən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıları nizam-intizamlı olmağa çağırır və hərbi xidmətlərində uğurlar arzulayır.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










