Azərbaycanda İLK - İlham Əliyev müxalifət liderlərini TƏBRİK ETDİ

“Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib”.
Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, bu haqda Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa xəbər verib.
Partiya sədri ölkə başçısına bu təbrikə görə təşəkkür edib.
“Bu təbriki Böyük Quruluş Partiyasının başqanı kimi Şəxsimə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim. Bu həqiqətən də Azərbaycanda yeni bir münasibətlər sisteminin başlanması deməkdir. Çünki ölkəmizdə hər bir müsbət irəliləyiş siyasi qüvvələr arasında sağlam münasibətlərin yaranması ilə mümkündür. Bu alicənab addımına görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm”, - Fazil Mustafa vurğulayıb.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












