Azərbaycanda iş adamı koronavirusdan vəfat edib

Bu gün 34 yaşlı Fərid Nəcəfqulu oğlu Əliyev koronovirus infeksiyasına yoluxma şübhəsi ilə vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, Ağcabədi şəhərindən olan F. Əliyev iş adamı kimi fəaliyyət göstərib və ailəsi ilə birlikdə Bakıda yaşayıb.
O, bir həftə əvvəl özündə nasazlıq hiss edib. Mərhum qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkib.
Lakin buna baxmayaraq, F.Əliyev həkimə müraciət etməyib, o, ev şəraitində özü müalicə olunmağa cəhd edib. Dünən axşam saatlarında vəziyyəti kəskin pisləşdiyi üçün ailə üzvləri təcili tibbi yardım çağırıblar.
Təcili yardım gəlsə də, F.Əliyev xəstəxanaya aparılarkən yolda vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, F.Əliyev hansısa xəstəlikdən əziyyət çəkməyib, onun şikayəti olmayıb.
O, bu gün doğulduğu Ağcabədi rayonunda dəfn olunub. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsinin nümayəndəsi Vüsal Mehdiyev deyib ki, F.Əliyevin dəfn mərasiminin kütləvi keçirilməsinə icazə verilməyib: “Fərid Əliyevin cənazəsi ata ocağına aparılmadan qəbiristanlıqda dəfin olundu. Karantin qaydalarına uyğun olaraq, kütləvi yas mərasimlərinin keçirilməsinə də icazə verilmir”.
Qeyd edək ki, F. Əliyevin iki azyaşlı övladı var, ikinci övladı 2 ay əvvəl dünyaya gəlib. (APA)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











