Azərbaycanda karantindən qaçan həkim saxlanıldı

"Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Təəssüflə qeyd olunmalıdır ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir. Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Lakin o, həkim olmasına baxmayaraq, müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, onun ailə üzvləri və sıx təmasda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər.
Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq, ciddi tədbirlər görüləcək", - E.Zahidov bildirib.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











