Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

Azərbaycanda koronavirusa yoluxanların 49,5 faizi Bakının payına düşür. Ölkə üzrə ikinci ən çox yoluxma Gəncə-Qazax zonasındadır. Bu bölgə üzrə göstərici 13,4 faizdir. Yoluxmanın 10,6 faizi Abşeron yarımadası, 9,5 faizi Aran zonası, 7,3 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 4 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Şəki-Zaqatala, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,4 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,1 faizdir.
Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Sabunçu, Yasamal və Binəqədi rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,8 faizi Sabunçu, 12,7 faizi Yasamal, 12 faizi isə Binəqədi rayonunun payına düşür. Yoluxma hallarının 11,3 faizi Xətai, 11,2 faizi Nəsimi, 9,6 faizi Nərimanov, 9,1 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 6,9 faizi Nizami, 6,8 faizi Qaradağ, 4,5 faizi Xəzər, 2,8 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. Bu virusdan dünyasını dəyişənlərin 35 nəfəri (43 faiz) 60-69 yaş, 19 nəfəri (23 faiz) nəfəri 70-79 yaş, 15 nəfəri (18 faiz) isə 50-59 yaş həddində olub.
Xatırladaq ki, iyunun 8-nə qədər Azərbaycanda 7876 nəfər koronavirusa yoluxub. Onlardan 4377 nəfər sağalıb, 93 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 3406 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 343 min 391 nəfər üzərində koronavirus testi keçirilib. (Trend)


Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











