Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - Rəsmi

“Bizim 2-3 yaşdan 89 yaşadək yoluxmuş xəstəmiz var”. "Qafqazinfo" xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Diqqət mərkəzi-Yekun” verilişində yaş spektrindən danışarkən deyib: "Süni tənəffüs aparatına bağlı bir xəstənin qidalanması, dərmanlarının verilməsi, gigiyenik yardımının göstərilməsi və s. bütün bunlar çox ağırdır. Artıq ölkəmizin bütün regionlarında az və ya çox yoluxma faktı var. Biz bir həftə əvvəl yoluxma faktları ilə bağlı təkxanalı rəqəmlərdən danışırdıq, indi cütxanalı rəqəmlərdən danışırıq. Dua edək ki, gələn dəfə üçxanalı rəqəmlərdən danışmayaq.
Bizim xəstəxana tutumumuz var. Qərar vermişik ki, simptomatik və ya asimptomatik olmasından asılı olmayaraq bütün pozitiv xəstələri regionlar daxil olmaqla 22 xəstəxanaya yerləşdirək. Tibb müəssisələrində onları təcrid edək. İki aylıq bir təcrübəmiz var. Deyə bilərik ki, özünü qrip adı ilə evdə müalicə etmək istəyən şəxslərin sonradan vəziyyəti yaxşı olmur. Bu gün özünü çox yaxşı hiss edən sabah ağırlaşa bilər. Həmin şəxsləri biz nəzarət altında saxlamaqla, həm də onların ailə üzvlərini qorumuş oluruq.
Bu gün imkanımız buna yol verir. Ancaq gündəlik yoluxma halları üçxanalı rəqəmlərə çıxsa, vəziyyət çətin olacaq. Bizim 2-3 yaşdan 89 yaşa kimi yoluxmuş xəstəmiz var. Bu virusun yoluxması sərhəd tanımır".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO











