Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlaya bilər - Professordan ŞOK AÇIQLAMA

Subklinik, yəni əlaməti olmayan xəstələri ev karantininə götürmək məsləhətdir. Avtosfer.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, xaricdən gələn və heç bir xəstəlik əlaməti olmayan şəxsləri də 2 həftə evdə karantinə götürmək lazımdır: “Buna görə insanları aparıb xüsusi yerlərə yığmaq lazım deyil. Əksinə bu zaman xəstələnmək təhlükəsi də artır”.
Adil Qeybulla əlavə edib ki, aprelin ortalarına qədər yoluxmanın pik dövrü yaşana bilər: “Əgər karantin rejiminin şərtlərinə əməl olunubsa, bundan sonra yavaş-yavaş stabilləşmə və enmə müşahidə edəcəyik. Yox əgər şərtlər pozularsa, ölkədə ikinci dalğa ola bilər. Artıq dünyada koronavirusa təkrar yoluxanlar var. Ona görə də profilaktik tədbirlər, xüsusilə də sosial izolyasiya, yəni insanların evdə qalması, mümkün qədər təmasların məhdudlaşdırılması profilaktikada ən mühüm şərtdir”.
Professor qeyd edib ki, koronavirusun inkubasiya dövrü 2 həftədən 4 həftəyədək çəkə bilər: “Əgər 10-12 həftə müddətində lazımi tədbirlər görülərsə, infeksiyanı lokallaşdırmaq olar. Təbii ki, sərhədlərin bağlanmasından öncə ölkəyə gələn insanlarda yoluxma halları müşahidə edilirdi. Daha sonra ölkə daxilində yaşayanlarda da oxşar hal baş verdi”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO











