Azərbaycanda koronavirusdan ölənlərin daşınma qaydaları - RƏSMİ

COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları məlum olub. Bu barədə TƏBİB-in tibb işçiləri üçün Müvəqqəti Rəhbərlikdə məlumat verilib. Məlumata görə, hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir.
COVID-19 səbəbilə ölənlərin cənazələrinin ölkə xaricində və ölkə daxilində daşınması əsnasında milli və beynəlxalq hava yollarının cənazə nəqli qaydaları qüvvədədir. Ölüm səbəbi yoluxucu xəstəlik olan cənazələrə aid olan tabutların qəbul mərhələsində tabutun mütləq lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir.
Həmçinin bildirilir ki, hər növ quru yol və dəmir yolu ilə cənazələrin nəqli, hava yolları ilə cənazə nəqlində olduğu kimi, nəqliyyat vasitələrinə qəbul mərhələsində tabutların ciddi bir şəkildə lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir.
Fidan
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












