Azərbaycanda koronavirusdan ölənlərin dəfn prosedurları açıqlandı - RƏSMİ

Koronavirusdan ölən şəxslərin dəfn proseduru açıqlanıb. Bu barədə məlumat TƏBİB-in tibb işçiləri üçün Müvəqqəti Rəhbərlikdə yer alıb. Bildirilib ki, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir. Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməli və istifadə olunan vasitələr tibbi tullantı qabına atılmalıdır.
Həmçinin, cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır. Koronavirus diaqnozlu xəstələr öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.
Qaydalara görə, ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə bilər.
Digər məsələlərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fikirlərinə əsasən həyata keçirildiyi də bildirilir.
Fidan
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












