Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində növbəti dəfə EKMO aparatından istifadə edilib

Mərkəzi Gömrük Hospitalının reanimasiya briqadası artıq dördüncü ağır koronaviruslu xəstəni ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazına qoşub. Bu barədə Hospitaldan məlumat verilib.
Qeyd olunub ki, ixtisasca həkim olan 48 yaşlı pasiyentin ağciyərlərinin 90%-dən çoxu zədəli və qan qazlarında ciddi mənfi dinamika müşahidə olunduğu üçün xəstə EKMO apparatına qoşulub: “Hazırda xəstənin vəziyyəti stabil kritik ağır kimi qiymətləndirilir”.
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur: “Şöbədə ilk EKMO cihazına qoşulan pasiyent artıq uğurla cihazdan və süni tənəffüs aparatından ayrılıb. Hazırda digər xəstələrin müalicəsi davam edilir”.
Qeyd edək ki, EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müasir və yüksək texnoloji bir müalicə üsuludur.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











