Azərbaycanda koronavirusun bitəcəyi yeni tarix açıqlandı

Sinqapurlu alimlər Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair yenilənmiş proqnozlarını açıqlayıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) hesabatında yer alıb.
Alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Bildirilib ki, pandemiya mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək.
Bu göstəriciyə görə, postsovet məkanında ən müsbət proqnoz Azərbaycan üçün verilib. Araşdırmaçıların fikrincə, postsovet məkanında pandemiya ən gec Rusiyada sona çatacaq – 7 avqust. Məlumata görə, pandemiya Qazaxıstanda iyulun 28-də, Gürcüstanda iyulun 27-də, Belarusda iyulun 18-də, Moldovada iyulun 3-də, Ukraynada iyulun 2-də, Özbəkistanda isə iyunun 27-də başa çatacaq.
Bunda başqa, proqnozda həmçinin Azərbaycanın qonşu ölkələri olan Türkiyə və İranda yer alıb. Belə ki, Türkiyədə pandemiyanın sonunun iyulun 30-da gözlənilsə də, İran üçün bu tarix sentyabrın 28-nə təsadüf edəcək.
Koronavirusun ən çox yayıldığı ölkələr olan ABŞ-da sentyabrın 9-da, İspaniyada avqustun 2-də, İtaliyada 31-də pandemiyanın bitəcəyi gözlənilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 148 000-i ötüb. Bunların 962 417 nəfəri sağalıb, 218 371 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Nizami rayonunda piyadalara təhlükəsizliklə bağlı çağırış edilib - VİDEO
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO








