Azərbaycanda mağazalardan oğurluq edən bacı-qardaş tutuldu - FOTO

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Ağstafa rayon Köçəsgərli kənd sakinləri, əvvəllər məhkum olunmuş 36 yaşlı Eldəniz Qasımov və onun bacısı İlhamə Qasımova saxlanılıb.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisindəki mərkəzi bazarda yerləşən qadın geyimləri satılan üç mağazadan 2160 manat dəyərində ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar.
Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf edərək bildiriblər ki, əvvəlcədən planlaşdırdıqları kimi, ayrı-ayrı vaxtlarda mağazaya daxil olub, satıcının diqqətini yayındırmaqla oğurluq ediblər.
Hazırda həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətləri törədib-törətməməsi istintaq tədbirləri ilə müəyyənləşdirilir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












