Azərbaycanda meyitlərin yandırılması mərkəzləri açılır? - RƏSMİ AÇIQLAMA

Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildiriblər.
Qeyd edilib ki, məsələnin hüquqi, praktiki və dini-sosial tərəfləri var.
Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə yaşayan hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
“Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nda ölmüş şəxsin dini mənsubiyyəti və inancına uyğun olaraq kremasiya olunması prosesini tənzimləyən müddəalar öz əksini tapıb. İndiyədək Dövlət Komitəsinə ümumi məlumat əldə etmək niyyəti daşıyan bəzi istisna hallardan başqa, konkret faktlarla əlaqədar müraciətlər daxil olmayıb. Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır", - məlumatda bildirilib.
Qeyd edək ki, son günlər mətbuatda ölkədə kremasiya (meyitlərin yandırılması) mərkəzlərinin açılacağı barədə xəbərlər yayılıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












