Azərbaycanda müxtəlif rayonlardan 31 baş mal-qara oğurlayanlar tutulub - VİDEO

Kürdəmir rayon sakinləri Rauf Şükürov, Cəmil Babayev və Sevan Şəmiyev müxtəlif vaxtlarda Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus müvafiq olaraq 10, 13 və 8 baş olmaqla, ümumilikdə 31 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı məlumat veriblər.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar olaraq, Kürdəmir və Qəbələ Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisinin 7-ci tağımının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluqları törətmiş şəxslər saxlanılıb.
Araşdırmalarla həmin şəxslərin əvvəllər də analoji cinayətlərlə məhkum olunmuş 47 yaşlı Bərdə rayon sakini Sadıqov Həmid Kazım oğlu və 52 yaşlı Ağdam rayon sakini Nəsirov Nemət Həsən oğlu olduğu müəyyən edilib.
Hər iki şəxs saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə aparılıb. İlkin dindirilmə zamanı onlar etdikləri cinayət əməlini etiraf ediblər.
Araşdırma zamanı Həmid Sadıqov və Nemət Nəsirovun Qəbələ və İmişli rayonlarında da bənzər cinayət əməllərini törətdikləri məlum olub.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












