Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 6 kiloqramdan artıq güclü təsiredici narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin avtomobilə keçirilən baxış zamanı 4 ədəd sellofan torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu əldə etdikləri və əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Emin
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA















