Azərbaycanda nə qədər insan taksidən istifadə edib? - RƏSMİ - FOTO

2021-ci ilin birinci rübü ərzində (yanvar-mart ayları) ölkədə sərnişin daşımaları ötən ilin müvafiq dövrünə nisbətən 42,5 faiz azalıb. Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövrdə nəqliyyatçılar tərəfindən 253,2 milyon sərnişinə xidmət göstərilib.
Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyatından istifadə edən sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə taksilərin xidmətlərindən yararlanıb.
Belə ki, avtomobil nəqliyyatı vasitəsilə 252,6 milyon sərnişin daşınıb və sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz az olub.
Müvafiq dövrə 233,9 milyondan çox sərnişin avtobusdan istifadə edib ki, onların sayında 37,4 faiz azalma müşahidə olunub. Taksi xidmətlərindən istifadə edənlərin sayında isə artım olub. Bu dövrdə taksi ilə 18 milyon 624,3 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 4 milyon 119,4 min daha çoxdur.
2021-ci ilin ilk üç ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyatı ilə 72 faiz az və ya 122,3 min sərnişin, dəmir yolu nəqliyyatı ilə isə 56 faiz az və ya 476,2 min sərnişin daşınıb.
Dövr ərzində dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz azalaraq 3,2 min nəfər olub.
Qeyd edək ki, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










