Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Avtosfer.az “Report”a istinadən xatırladır ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı İlhamə Qəsəbova bildirib ki, bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.
Akademiya rəsmisi vurğulayıb ki, Su çərşənbəsindən fərqli olaraq Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır: “Ailənin büdcəsinə uyğun olaraq təamlardan süfrəyə düzülməli. Süfrəyə mütləq şəkildə səməni qoyulmalıdır. Bu çərşənbədə həyətdə tonqal qalanmalıdır. Elə bölgələr var ki, orada həmin ərəfədə yas düşərsə, hörmət əlaməti olaraq tonqal qalanmır”. Məlumat üçün bildirək ki, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











