Azərbaycanda olan avtomobillərin ümumi sayı açıqlanıb

2019-cu ilin sonuna olan məlumata əsasən, Azərbaycandakı avtonəqliyyat vasitələrinin sayı 3,5% artaraq 1,4 milyon ədəd olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobilinin sayı 54 ədədə çatıb. Avtomobil nəqliyyatı ilə 2019-cu ildə 2018-ci illə müqayisədə 4,0% çox yük və 2,6% çox sərnişin daşınıb, yük dövriyyəsi 17530,8 mln. ton-km, sərnişin dövriyyəsi isə 25950,1 mln. sərnişin-km təşkil edib. Bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 4,0% və 2,7% artıb. Ötən il ərzində avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1845,7 mln. manat vəsait yönəldilib. Bu dövrdə 1376,6 km, o cümlədən 139,8 km respublika, 908,8 km yerli əhəmiyyətli və 328,0 km Bakı və Sumqayıt şəhərlərində yollar yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 13 piyada keçidində təmir işləri aparılıb.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











