Azərbaycanda polislər arasında koronavirusa yoluxanlar var - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) ölkədə xidmət aparan polis əməkdaşlarının koronavirusa yoluxduğunu açıqlayıb.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, polislərin koronavirusa yoluxma faktı təkcə paytaxt ərazisində qeydə alınmayıb:
"Bildiyiniz kimi, polis əməkdaşları respublika ərazisində gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olur, vətəndaşlara maarifləndirici tədbirlər həyata keçirilər, onlara məlumatlar verirlər. Həmçinin polis əməkdaşları vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında da xidmətlər göstərirlər. Polislər koronavirusla mübarizədə ön cəbhədədirlər. Buna görə də onlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb".
E.Zahidovun deyib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir: "Onların dəqiq sayını açıqlaya bilmərəm. Hazırda polis əməkdaşları müalicə alırlar. Hətta xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları arasında xəsarət alanlar da var. Bu, bir daha onu göstərir ki, polis əməkdaşları özlərinin səhhətlərini təhlükəyə qoyaraq, vətəndaşlarımızın sağlamlığının keşiyindədirlər".
Xidmət rəisinin sözlərinə görə, polis əməkdaşları ilə birgə xidmət aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçuları arasında yoluxma faktı qeydə alınmayıb.
Gültən
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












