Azərbaycanda qarın hündürlüyü 35 sm-ə ÇATIB

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.
Bunu Lent.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, qar örtüyünün hündürlüyü Cəlilabadda 35, Altıağacda 31, Lerikdə 30, Rvarudda 29, Xaltanda 25, Kəlvəz, Yardımlıda 22, Qubada 19, Xaçmazda 18, İsmayıllı, Göytəpədə 16, Qaxda 15, Şamaxı, Qusar, Qəbələdə 14, Şabranda 12, Biləsuvar, Şəki, Lənkəranda 7, Qobustan, Hacıqabul, Daşkəsəndə 6, Gədəbəy, Ağsu, Göyçay, Tərtər, Cəfərxan, İmişlidə 3, Ağdərə, Göygöl, Bərdə, Astarada 2, Ceyrançöl, Sabirabad, Beyləqan, Salyan, Naftalan, Ağdamda 1, Sumqayıtda 10, Bakıda 8, Maştağa, Binədə 4, Ələt, Pirallahıda 1 sm-dək olub.
“Şimal-şərq küləyinin sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb”.
G.Məmmədova onu da qeyd edib ki, dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.
“Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 8-11, dağlıq rayonlarda 10-16 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub”.
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!












