Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından 63 nəfər ölüb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ölənlərdən 35 nəfərini kişi, 28 nəfərini isə qadınlar təşkil edib. Onlardan 50 nəfəri 0-17 yaş aralığında uşaqlardır.
Məlumata əsasən, qripdən ölənlərin sayı 3 nəfər olub. Onlardan 2-si kişi, 1-i qadın olub. Qeyd olunub ki, ölənlərdən biri uşaqdır.
2019-cu ildə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarından ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Şəmkirdə (6 nəfər) və Sumqayıt şəhərində (5 nəfər) daha çox olub.
Bildirilib ki, ötən il yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyaları və qrip diaqnozu ilə ilk dəfə qeydə alınanların sayı 337 300 nəfər olub.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












