Azərbaycanda restoranda saxlanılan vəhşi heyvanlar Altıağac Milli Parkına təhvil verildi - FOTO

“Ağstafa rayonundakı “Yaşıl Göl” ailəvi istirahət mərkəzindən götürülən iki ayı və iki canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulovun barəsində isə akt və protokol tərtib olunub, o, vəzifəli şəxs qismində 2 000 manat məbləğində cərimə edilib.
A.Səmədova kafe, restoran sahiblərinə çağırış edərək bildirib ki, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qəti əleyhinədirlər və bu, vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla da yolverilməz hesab olunur:
“Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












