Azərbaycanda sabiq icra başçısı vəfat etdi
Gündəm
1 May 2021 11:16

Ötən gün Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Akif Səlimov aprelin 30-u saat 11:50 radələrində vəfat edib.
Qeyd edək ki, Akif Səlimov Birinci Qarabağ müharibəsində Laçın və Füzuli cəbhəsində böyük döyüş yolu keçmiş, qəhrəmanlıqlar göstərmiş Laçın polisinin komandiri olmuş, uzun illər Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2013-2016-cı illərdə isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub.
Birinci Qarabağ müharibəsindən bəhs edən “Cığırlar birləşsələr”, “Ora Vətəndir” kitablarının müəllifidir.
Mərhumun Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn olunacağı qeyd olunub.
Oxunub : 1060
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
ŞƏRH YAZ












