Azərbaycanda sağlamlığa ziyan vuran şampun və kosmetik vasitələr aşkarlandı - VİDEO - FOTO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib. Belə ki, Baş İdarəyə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb. Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub. Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər. Həmçinin, Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər. Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yarasızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Emin
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ



















