Azərbaycanda sərt karantində ad günü keçirdilər - FOTO - VİDEO

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, avqust ayının 10-da RPŞ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində ad günü mərasiminin keçirliməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimi dayandırıb, iştirakçılar saxlanlıraq, Polis Şöbəsinə gətirilib.
Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq, nəvələrinə ad günü keçirmələri barədə razılığa gəliblər.
Həmin şəxslər də daxil olmaqla məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.
Qeyd etmək lazımdır ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, görülən tədbirlər nəticəsində rayon ərazisində bir nişan və bir toy mərasiminin qarşı alınıb.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










