Azərbaycanda sürücülərin yanacaq xərcləri niyə artıb? - İQTİSADÇI

Azərbaycanda yanacağa çəkilən xərclər 5 faizdən çox artıb. Bu ilin ilk yarısında Azərbaycanda avtomobil benzini və dizel yanacağına çəkilən xərclər ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına ümumilikdə 2 milyard 38 milyon manat xərclənib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
Mövzu ilə bağlı iqtisadçı İlham Şabanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobillərin sayının artımı. 2025-ci ildə Azərbaycana ümumilikdə 123 319 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub:

"Bunlardan cəmi 2 028 ədədini tam elektriklə işləyən avtomobillər təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin birinci yarısında (yanvar-iyun aylarında) Azərbaycana ümumilikdə 33 min 772 ədəd avtomobil idxal edilib. Bu dövrdə Azərbaycana sırf elektrik mühərriki ilə işləyən 547 ədəd nəqliyyat vasitəsi idxal edilib. Yəni bu statistikanı ona görə dəqiqliklə çeşidləyirəm ki, oxucularda Azərbaycanda ildən ilə avtomobil yanacağına çəkilən xərclər barədə real fikir formalaşsın. Əgər avtomobillərin sayı artırsa, demək onların hərəkəti üçün də yanacaq lazımdır. Yanacağa tələbat varsa, onun qiymətinin də artması normal qarşılanmalıdır. Bu ilin əvvəlindən Azərbaycanda Ai-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurasının qərarları ilə hər litrə 5 qəpik artıb. Əgər nəzərə alsaq ki, Azərbaycanda bu növ yanacağ istehlakçılar tərəfindən ən çox alınan yanacaqdır, onda ümumilikdə öllkə daxili bazarda ona çəkilən xərclərin niyə artımı sualının cavabı da aydınlaşır".
Fatimə Dadaşova
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












