Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - FOTO

“Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovu bıçaqlayan Orxan Fərəcbəyli saxlanılıb. Bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
14:00
“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə Rayon Xəstəxanasında tibbi yardım alır. Bu barədə Trend-ə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov özü məlumat verib. Onun sözlərinə görə, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb:
“Hazırda xəstəxanadayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur”.
13:29
Bərdədə bıçaqlanma hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb.
Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova üç bıçaq zərbəsi endirib.
Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.
Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











