"Azərbaycanda yanacağa bəzi qatqılar da əlavə edilir" - SOCAR

“Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi kənarlaşdırmalar müəyyən edilib.
“Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin Aİ-92 Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Bizim istəyimiz odur ki, zavodda istehsal olunan məhsul həm də beynəlxalq standartlara uyğunlaşdırılsın. Buna görə də modernizasiya işləri aparılır”, - deyə o söyləyib.
SOCAR rəsmisi qeyd edib ki, Azərbaycanda “Avro-5” standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI











