Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ

Dövlər Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Məlumata görə, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyət nəzərə alınaraq, ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılıb.
“Lakin bu qəbildən olan əcnəbilərin bir qismi müxtəlif səbəblərdən qeydiyyata alındıqları ünvanda yaşamır, yeni olduğu yer üzrə qeydiyyatla bağlı qanunvericiliyin tələblərini pozurlar.
Bu kimi hallara yol verməmək üçün müvəqqəti olma müddəti uzadılmış və olduğu yer üzrə ünvanını dəyişmiş əcnəbilərin 23.04.2021-ci il tarixdən etibarən 10 gün müddətində yeni olduqları yer üzrə qeydiyyat məlumatlarını elektron qaydada və ya elana əlavə edilmiş ərizəni doldurmaqla “ASAN xidmət” mərkəzlərinə, belə mərkəzlər olmayan yerlərdə isə regional miqrasiya idarələrinə təqdim etmələri tələb olunur”.
Bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə, olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












