Azərbaycanda yoluxma ən çox hansı ərazilərdədir?

Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb. Yoluxmanın 56,2 %-i Bakının payına düşür.
Sonrakı yerlərdə 15,9 %-lə Abşeron, 6,6 %-lə Gəncə-Qazax, 10 %-lə Aran, 4,4 %-lə Lənkəran, 1,9 %-lə Quba-Xaçmaz, 1,7 %-lə Şəki-Zaqatala, 1,0 %-lə Yuxarı Qarabağ, 1,7 %-lə Dağlıq Şirvan, 0,05 %-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub.
Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,2 %) qeydə alınıb. Sonrakı yerdə 11,8 %-lə Yasamal, 12,2 %-lə Xətai, 11,9 %-lə Sabunçu, 9,2 %-lə Nəsimi, 8,1 %-lə Suraxanı, 8,4 %-lə Nərimanov, 7,2 %-lə Nizami, 7,3 %-lə Qaradağ, 4,5%-lə Səbail, 4,9 %-lə Xəzərdə, 0,3 %-lə Pirallahı gəlir.
Ölkə üzrə COVID-19-a yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.
Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 34 343 nəfər virusa yoluxub. Onlardan 32 042 nəfəri sağalıb, 508 -i isə dünyasını dəyişib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












