Azərbaycanda YPX əməkdaşı sürücünü döyüb? - VİDEO

Masallı rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşının sürücüyə qarşı kobud davranışını əks etdirən videogörüntü yayılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Vətəndaş iddia edir ki, Masallı rayonunda DYP-nin YPX Alayının 11-ci taqımının əməkdaşları onu döyüb.
Masallı rayonunda DYP əməkdaşları tərəfindən döyüldüyü iddia edilən 19 yaşlı Əliyev Sadiq Pərviz oğlu bu barədə 11-ci taqım komandiri Qafarov Hikmətə müraciət edərək, DYP-nin 99-YP-945 dövlət nömrə nişanlı xidməti avtomobildəki müşahidə kamerasına baxış keçirilməsini, həmin müşahidə kamerasında döyülməsi faktı ilə bağlı görüntülərin olmasını və yol polisi əməkdaşları barəsində ciddi tədbirlər görülməsini xahiş edib.
Paylaşımda o da qeyd olunub ki, həmin polis əməkdaşları S.Əliyevi şərləyib tutdurmaq istəyir. Bildirilir ki, buna səbəb olaraq onun Yol Polisi əməkdaşlarını təhqir etməsi irəli sürülür.
Xatırladaq ki, DYP əməkdaşlarının S.Əliyevi hansı səbəbdən saxladıqları məlum deyil.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələnin araşdırılacağını deyib: “Görüntülərdə iddia edilən kimi döyülmə faktı olmayıb. Amma vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparıla bilər. Məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












