Azərbaycandan Qazaxıstan istiqamətində bərə daşımaları davam etdiriləcək

Koronovirusla əlaqədar Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə-gəmilərlə daşımalara martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyatı qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra ölkəmizdən bərə gəmilərlə Qazaxıstan istiqamətində daşımalara tətbiq olunan məhdudiyyət qismən aradan qaldırılıb. Belə ki, yük avtomobillərinin daşınmasına olan qadağa aradan qaldırılsa da, minik avtomobillərinin daşınmasına olan qadağa hələ ki qüvvədə alır.
Bununla belə, İrana aid yük və minik avtomobillərinin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri vasitəsilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək.
Qərarla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub.
Onu da əlavə edək ki, hazırda ASCO-ya məxsus “Professor Gül” gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə başa çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanım istiqamətinə yola düşəcək.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











