Azərbaycanın çəhrayı su hövzəsi: Şəfalı Masazır gölü - FOTO

Havaların isti keçməsi paytaxtın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən gölə də təsirsiz ötüşməyib. Belə ki, Duz gölündə su qurumaqda davam edir.
Avtosfer.az xəbər verir ki, hər il yay mövsümündə göl quruduqca suyun tərkibində duzlu, xloridli və yüksək konsentrasiyalı sulfatın çox olması səbəbindən gölün rəngi çəhrayıya boyanır.
Yaranan görüntü isə hər kəsi heyrətləndirir.
Bu ərazi Masazır gölü kimi tanınır. Azərbaycanda turistlərin marağına səbəb olan çəhrayı rəngli duz gölü füsunkarlığı ilə seçilir. Bu göl Abşeron yarımadasında, Masazır kəndinə yaxın ərazidə yerləşdiyi üçün turistlər üçün də kifayət qədər əlverişli yerdədir.
Bu baxımdan, Azərbaycana gələn qonaqların həmin gölə getmək imkanı daha realdır. Suyun duzluluq səviyyəsi yüksək olduğundan göldə flora və fauna aləmi yoxdur.
Masazır gölündən 1813-cü ildən bu günə qədər mütəmadi olaraq duz hasil olunur. 19-cu əsrdən bura böyük duz yataqları ilə məşhurdur. Əvvəllər duzu kustar üsulla əldə edirdilər. Lakin sonradan ərazidə duzçıxarma zavodu fəaliyyətə başlayıb.
Ərazidə olarkən ətrafdakı insanlardan aldığımız məlumata görə, duz hasilatı səbəbindən Masazır gölünə insanların girişinə icazə yoxdur. Lakin gölün hasara alınmasına və “Kənar şəxslərin girişi qadağandır” yazısına baxmayaraq, ərazidə vətəndaşlar gözə dəyirdi.
Onlar deyir ki, su götürmək və təmiz, duzlu hava qəbul etmək üçün bura üz tuturlar.
Vətəndaşların sözlərinə görə, Masazır gölünün suyu şəfalıdır. Bir çox dəri xəstəliklərinə, eləcə də astma, zob (qalxanvari vəzinin patologiyası) xəstəliklərinin müalicəsinə müsbət təsir edir.
Sahəsi 10 km²-ə yaxın olan Masazır gölü suyunun minerallaşmasına görə şorsulu göllər qrupuna aid edilir. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Təxminən 100 il bundan əvvələ qədər göllərin bir çoxu duz çökdürən və dib çöküntüləri müəyyən xəstəliklərin müalicəsi üçün balneoloji əhəmiyyətə malik olub.
Lakin günümüzdə xörək duzu istehsalı və dib çöküntülərindən balneoloji məqsədlər üçün istifadə, əsasən, Masazır gölündə mövcuddur. Digər göllər isə çirkləndiyindən, qeyd olunan keyfiyyətlərini itirmiş hesab edilirlər.
Kimyəvi təhlillər, elmi tədqiqatlar aparılarkən məlum olub ki, son onilliklərdə Masazır gölü tədricən çirkləndiyindən, ekoloji şəraiti gərginləşməyə doğru gedir.
Masazır gölü Azərbaycan xalqının təbii sərvətidir, bu cür unikal təbii sərvətlərə malik olan gölün ekoloji cəhətdən çirkləndirilməsinə yol vermək olmaz.
Oxu.Az-ın fotoqrafı Masazır gölünün hazırkı vəziyyətini kameranın yaddaşına köçürüb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












