Azərbaycanın hava məkanından istifadə kəskin artıb

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi bu ilin iyul ayından sonra hava limanında hərəkətin, o cümlədən Azərbaycan ərazisindən keçməklə tranzit uçuşların sayının artdığını müşahidə edir. Avtosfer.az bu barədə aeroporta istinadən xəbər verir.
Məlumata görə, hazırda ölkənin hava məkanından ən çox istifadə edən xarici aviaşirkət “Türk Hava Yolları”dır. Koronavirus pandemiyası dövründə bu aviaşirkətin hava məkanından aylıq istifadə göstəricisi 95-ə düşdüyü halda, iyuldan başlayaraq artıb və 220-yə çatıb.
2-ci yerdə isə “Sinqapur Hava Yolları" şirkəti qərarlaşıb. Əgər pandemiya dövründə bu aviaşirkət Azərbaycan üzərindən 100 uçuş həyata keçirmişdisə, iyuldan sonra 200-ə yüksəlib.
Hava məkanımızdan aylıq istifadə göstəricisi "British Airways”də 75-dən 180-ə, KLM-də 45-dən 180-ə, “AirFrance”da 5-dən 170-ə, “China Airlines”da 30-dan -140-a, “Eva Airways” 80-dən 140-a, “Swiss International Airlines”da isə 60-dan 140-a çatıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












