Azərbaycanla Türkiyə arasında “ağıllı” nəqliyyat sistemləri üzrə təcrübə mübadiləsi aparılacaq - FOTO

Bakıda nəqliyyat və rabitə üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun birinci iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Türkiyə Respublikası nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayanın həmsədrlik etdiyi iclasda mülki aviasiya, avtomobil və dəniz nəqliyyatı, dəmir yolu və rabitə sahələrindən səlahiyyətli şəxslər iştirak ediblər. İclas zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə və Orta Dəhlizə əlavə yük axınlarının cəlb edilməsi, Xəzər dənizində “Ro-Ro” daşımalarının səmərəliliyinin artırılması, eləcə də tranzit yüklərin daşınmasında daha çevik tənzimləmənin həyata keçirilməsi və daşıma proseslərinin asanlaşdırılması istiqamətində atılacaq birgə addımlar müzakirə olunub. Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin cari ilin 27 may tarixində Bakı şəhərində keçirilmiş birinci üçtərəfli görüşünün və imzalanmış Bakı Bəyannaməsinin əhəmiyyəti qeyd edilib. İclasda Zəngəzur dəhlizinin regionda sülhə, stabilliyə və əməkdaşlığa töhfə verəcəyi qeyd edilərək dəhlizin davamı olacaq Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisinin vacibliyi vurğulanıb. Tədbir zamanı, həmçinin Azərbaycan və Türkiyə arasında fiber-optik infrastrukturun inkişafı, “5G” yeni nəsil mobil rabitə texnologiyaları, kibertəhlükəsizlik, “ağıllı” nəqliyyat sistemləri üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan sahələrdə təcrübə mübadiləsi və birgə təlimlərin təşkilinə dair razılığa gəlinib. İclasın sonunda nəqliyyat və rabitə üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun birinci iclasının Protokolu imzalanıb.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











