Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Tibb elmləri doktoru Nuran Abdullayev koronavirusla bağlı müəllifi olduğu elmi tədqiqatlarını beynəlxalq elmi qurumlara təqdim edib. Lent.az bildirir ki, araşdırmalar nüfuzlu elmi jurnallarda dərc olunduqdan sonra bu barədə geniş məlumat veriləcək. Koronavirus pandemiyası dünyanı bürüyəndən sonra dünyanın bir sıra nüfuzlu alimləri, həkimlər virusun öyrənilməsi, onun aradan qaldırılması, insanların maarifləndirilməsi, bu öldürücü xəstəlikdən qorunma yolları haqqında sistemli iş aparırlar. Bu işlər sırasında elmi araşdırmalar xüsusi yer tutur. Bu elmi araşdırmaları aparanlar içərisində xaricdə yaşayan azərbaycanlı həkimlər də var. Almaniyanın Köln Universiteti klinikasının Radiologiya və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev virusun öyrənilməsi istiqamətində bir azərbaycanlı olaraq fərqli bir elmi yeniliyə imza atıb. Alimin sözlərinə görə o, bu istiqamətdə 3 elmi tədqiqat işini tamamlayıb. Araşdırmaların nəticələri dərc edilmək məqsədi ilə Amerikanın və Avropanın ən nüfuzlu elmi jurnallarına, eləcə də konqreslərdə təqdim olunmaq üçün müvafiq qurumlara göndərilib.
Nuran Abdullayev hesab edir ki, araşdırmalar kifayət qədər fundamental xarakter daşıyır. O, ümidvardır ki, apardığı tədqiqatlar viruslu xəstələrin öyrənilməsi işində yeni bir istiqamət kimi, dünyada maraq doğuracaq.
Qeyd edək ki, tibb elmləri doktoru Nuran Abdullayev koronavirus problemi mövzusunda dünyanın elmi ictimaiyyətinə elmi araşdırma təqdim edən ilk azərbaycanlı alimdir.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











