Azərbaycanlı ana və oğlu dünyada necə məşhurlaşdı? - VİDEO

Onlar yaşadığı kənddən kənara çıxmadan Azərbaycan mətbəxini dünyaya tanıdırlar. Söhbət Qusarın Hil kəndində yaşayan Əzizə xala və oğlu Əmiraslandan gedir.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, Qusarın Hil kəndinin sakinləri olan Rəmixanovlar ailəsinin hazırladığı ləziz təamlar bir neçə gün ərzində tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində böyük maraqla izlənilir.
Ana və oğul kənddən bir neçə kilometr aralıda kiçik bir otaq tikərək hazırladıqları müxtəlif cür yeməkləri videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bu paylaşımlar isə əksəriyyət tərəfindən maraqla qarşılanır. Hətta “Facebook”da 26 milyon izləyicisi olan və dünyaca məşhur “Taste Life” mətbəx səhifəsi onların hazırladığı Azərbaycan və ləzgi mətbəxinə aid olan yeməkləri paylaşıb və bu da milyonlarla insan tərəfindən izlənilərək bəyənilib.
Peşəsi aşpaz olan Əmiraslan deyir ki, karantin dövründə çalışdığı restoranda işlər dayandığından həm bacarığını, həm də Azərbaycan mətbəxini sosial şəbəkələrdə nümayiş etdirmək qərarına gəlib. Bu işi isə elə eyni peşəyə sahib olan anası Əzizə xala ilə birlikdə gerçəkləşdirib.
Əzizə xala deyir ki, onların hazırladığı yeməklər həm fərqli, həm də daha dadlı olur. Milyonlarla insan tərəfindən izlənilən və bəyənilən videoların çəkilişi, eləcə də, onların yerləşdirilməsini də Əmiraslan özü edir. Onlar həftədə iki video hazırlayıb sosial şəbəkədə yerləşdirirlər.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












